Apple şirkəti özünün yeni 5K Apple
Display Studio adını verdiyi monitorunu təqdim edib. Mac Studio komputerini təqdim
edən şirkət bu komputerlə istifadə edilə bilməsi üçün 5K ekran keyfiyyəti olan
Display Studio monitorunu da istifadəçilərə göstərib.
5K Apple Display Studio
monitoru 27 düym ölçülərindədir və 5K görüntü keyfiyyətini dəstəkləyir. Ekranda
yansımaları azaltmaq üçün nano texnologiyalı başqa bir versiyası da mövcud olacaq.
Alüminium materialdan gövdəsi olan bu monitor xüsusilə incə çərçivələri ilə
seçilir. Monitorun öz stendləri isə 30 dərəcəyə qədər əyilə bilir. Monitor
bazarında ilk dəfə olan bir şey odur ki, bu modelə Apple A13 çipi inteqrasiya
edilib. Bu çip monitorun səs sistemini idarə etmək, web kameranı yönləndirmək kimi
funksiyaları yerinə yetirir. Həmçinin monitorun ekranı 1 milyard rəng dəstəkləyir.
Bundan başqa 600 nit parlaqlığı olan Display Studio monitoru P3 rəng şkalasının
hamsını tam dəstəkləyir. Bu da dizayn işləri ilə məşğul olanlar üçün ideal bir
seçim olduğunu göstərir. Center Stage dəstəkli 12 MP kamerası olan bu monitor
istifadəçini qarşı tərəfə tam ortada göstərəcək qədər optimizasiya edilib. Üç ədəd
mikrofonu və Dolby Atmos dəstəkli altı dinamiki olan monitor səs keyfiyyətinə
önəm verən istifadəçilər üçün idealdır deyə bilərik. Üç ədəd USB Type-C girişi,
bir ədəd Thunderbolt 4 girişi olan 5K Apple Display Studio monitoru notbuklarla
qarşılıqlı məlumat ötürməsini dəstəkləyir. Həmçinin monitor notbuklar üçün 96W-a
qədər şarj imkanı verir. Monitor 18 Mart tarixindən etibarən 1599 dollardan
başlayan qiymətlərlə satışda olacaq