Oktyabr ayında təqdim edilən Snapdragon 8 Elite, həm performans, həm də səmərəlilik baxımından əhəmiyyətli yeniliklər təqdim etmişdi. Lakin Qualcomm-un artıq yeni nəsil Snapdragon 8 Elite Gen 2 üzərində işlədiyi təsdiqlənib. Məlumata əsasən, bu yeni çip Xiaomi-nin HyperOS proqram təminatında aşkar edilib.
Xəbərdar olmayanlar üçün, Qualcomm hazırda Snapdragon prosessorlarının istehsalında TSMC ilə əməkdaşlıq edir. Lakin 3nm N3P texnologiyası, yüksək maliyyətlərə səbəb olub. Bu da Qualcomm-un istehsalat üçün Samsung Foundry ilə işləyə biləcəyi ehtimallarını artırmışdı.
Son məlumatlara əsasən, Snapdragon 8 Elite Gen 2 yalnız TSMC-nin 3nm 'N3P' texnologiyası ilə istehsal ediləcək. Həmçinin orta seqment üçün nəzərdə tutulan Snapdragon 8s Elite prosessorları da TSMC tərəfindən hazırlanacaq. Samsung-un 3nm GAA texnologiyasında səmərəlilik problemləri yaşadığı və yalnız 20%-lik uğur faizi əldə etdiyi bildirilir. Halbuki seriya istehsal üçün bu göstərici ən azı 60% olmalıdır.
Yeni prosessorun ARM Scalable Matrix Extension (SME) dəstəyi ilə çox nüvəli performansı 20%-ə qədər artıracağı gözlənilir. Lakin bu inkişafın istehsal xərclərini artıracağı və nəticədə istehlakçı qiymətlərinə təsir edəcəyi ehtimal olunur.