ChatGPT-də böhran: Kredit kartı məlumatları da sızdırılmış ola bilər

ChatGPT-də böhran: Kredit kartı məlumatları da sızdırılmış ola bilər

OpenAI 20 Martda ChatGPT-nin niyə oflayn olması ilə bağlı yeni təfərrüatları açıqladı və həmin vaxt bəzi istifadəçilərin ödəniş məlumatları da daxil olmaqla həssas informasiyalarının ifşa oluna biləcəyini bildirib. Şirkətin açıqlamasına görə, redis-py adlı açıq mənbə kitabxanasında keşləmə problemi yaranıb. Bu problemə görə bəzi aktiv istifadəçilərə başqa istifadəçinin ad və soyadı, e-poçt ünvanı və ödəniş məlumatları ilə birlikdə kredit kartının son dörd rəqəmi və son istifadə tarixi göstərilir.

Şirkət bildirir ki, ödəniş məlumatlarının sızması martın 20-də xidmətdən istifadə edən ChatGPT Plus abunəçilərinin 1,2 faizinə aiddir. Ödəniş məlumatlarına əlavə olaraq, bəzi abunəlik təsdiqi e-poçtlarının yanlış şəxslərə getdiyi bildirilir. OpenAI tərəfindən edilən açıqlamaya görə, kredit kartı nömrələrinin hamısı yox, sadəcə son 4 rəqəmi ifşa edilib. Bununla belə, bəzi istifadəçilər kartlarından pul çıxarılmağa çalışıldığını deyirlər.

OpenAI bildirir ki, keşləmə problemi yenidən bu tip xətaya səbəb olmasın deyə əlavə təhlükəsizlik tənzimləmələri edilir.

Şərhlər

Ads by Google